Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb. Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birgə ABŞ-a köçüb.
Azvision.az xəbər verir ki, onun oğlanları artıq uzun müddətdir Los-Ancelesdə biznes sahibidirlər.
Xaçataryan ailəsindən yaxın qohumları öldüyü üçün ABŞ-a getdiklərini deyiblər. Əslində isə Xaçatryanın Ermənistanda seçkiöncəsi başlaya biləcək qarayaxma kampaniyasından yayınmaq üçün ABŞ-a köçdüyü bildirilir.
Daha əvvəl erməni KİV-ində Qaqik Xaçatryan və onun qardaşı oğlunun korrupsiyada ittiham olunması ilə bağlı məlumatlar yayılmışdı. Sonradan sabiq nazirin Los-Ancelesin Vestvud rayonunda dəbdəbəli villasının olduğu məlum olub.
“Hraparak” nəşri yazır ki, bu məlumatlar hökumətin arxivlərində qalır və lazım olan vaxt ona qarşı istifadə oluna bilər.
TİA.AZ