“Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard, xarici borcu isə 8 milyard dollardır”.
“Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard, xarici borcu isə 8 milyard dollardır”.
TİA.AZ “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, Ermənistanın xarici borcları durmadan artır. Bu, ölkədə iqtisadi kollapsın baş verməsi ilə başlaya bilər: “Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”.
Sabiq baş nazir əlavə edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi təkcə rəsmi məlumatlarda 23 faizdən 30 faizə yüksəlib: “Əslində yoxsulluğun real səviyyəsi bundan da yüksək – 38 faiz təşkil edir”.