Politoloq Qaqik Hambaryan dünən fotolar paylaşaraq iddia edib ki, Türkiyəyə məxsus “Bayraktar” TB2-lər Ermənistan hava məkanında sərbəst dolaşırlar. Tribunainfo.az xəbər verir ki, o, dünən saat 23:00-23:15 arası Türkiyənin “Bayraktar TB2” tipli PUA-larının Türkiyədən Ermənistan ərazisinə daxil olduğunu iddia edib.
Hambaryan öz “dəruni” savadından istifadə edərək, məsələni əvvəlcə başqa səmtə çəkməyə çalışır. O iddia edib ki, bu, guya, Putinin Bakı səfəri zamanı edilən təxribatdır. “Bununla da Türkiyə və NATO açıq şəkildə ortaya qoyur ki, Rusiya öz müttəfiqlərinin təhlükəsizliyini təmin edə bilməz”.
Amma erməni ekspert etiraf edib ki, Ermənistanın PUA-ları vurmaq üçün silahı da yoxdur. “İkincisi odur ki, Ermənistanın zenit sistemi yoxdur və Azərbaycan həm də bu uçuşlar vasitəsilə Ermənistan ordusunun ərazimizdə yerləşən hərbi hissələrinin və digər strateji obyektlərin foto və videolarını Ankaradan alır”.