“Bu sülhdür, yoxsa Ermənistanın işğalı? Bəlli deyil”.
Tribunainfo.az bildirir ki, bu fikirlər keçmiş deputat Arman Abovyana məxsusdur.
O qeyd edib ki, Azərbaycan konstitusiyanın dəyişdirilməsini tələb edir. “Ermənistan ərazilərinin bir hissəsinə nəzarət edir. Azərbaycanlılar Ermənistana köçməyə hazırlaşırlar. Bu, erməni dövlətçiliyinin parçalanmasına hazırlıqdır”.
Abovyanın fikrincə, erməni xalqı taleyüklü seçim qarşısındadır: “Ya həqiqi sülhə səs verəcək, ya da “sülh” pərdəsi altında Türkiyə-Azərbaycan işğalını davam etdirəcək. Bu, qaçılmaz olaraq Ermənistan dövlətçiliyinin məhvinə gətirib çıxaracaq”.
Fərda Uğur