“Azərbaycan daim yeni tələblər irəli sürür və Ermənistanın təəssüf ki, birtərəfli güzəştlərdən başqa təklif edəcəyi heç nə yoxdur”.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, “Ermənistandan heç kimin gözləmədiyi Qərbə qarşı çox təhlükəli vektor dəyişikliyi siyasəti aparılır”. Bunu bu gün, iyulun 11-də Ümumerməni Diplomatlar Şurasının təşəbbüsü ilə keçirilən müzakirədə diplomat Vaaqn Melikyan deyib.
“Zaman çox azdır, bizim o vaxtımız həqiqətən yoxdur, vaxt bu gün heç bir şəkildə Ermənistanın xeyrinə işləmir. Hadisələrin inkişafı kifayət qədər sürətlidir, pərdəarxası razılaşmalar da var və bütün bunlar təbii ki, birbaşa Ermənistanın mövcudluğunu təhlükə altına qoyur”.