Ermənistanın məhz Naxçıvanla sərhədə ordu yığmasının məqsədi budur – Analitik

Ermənistanın məhz Naxçıvanla sərhədə ordu yığmasının məqsədi budur – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi Naxçıvan istiqamətində, xüsusilə, işğal olunmuş Kərki kəndi istiqamətində ordu cəlb edərək, hücum məntəqələri inşa etməkdədir. Görünən odur ki, Brüsseldə baş tutacaq görüş kontekstində Ermənistan və arxasındakı qərb əməkdaşlığı süni şəkildə əsaslandırmaq üçün hətta Azərbaycan sərhədinə hücum da edə bilərlər ki, nəticəni faydaya çevirə bilsinlər.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi analitik Əziz Əlibəyli çıxış edib. O bildirib ki, sərhədin məhz Naxçıvan istiqamətində fəallığa cəlb edilməsi İran, Türkiyə, Rusiya, Azərbaycan + Naxçıvan kartının yerindən oynaması kimi daha təhlükəli ssenaridən xəbər verir:

“Başqa bir ehtimalla bütün maraqlı tərəflər Azərbaycanın gündəmə aldanıb hücum etməsində maraqlıdır. Lakin hamının unutduğu bir qeyd: Ermənistanı olsun ki, hərəkətə gətirən İrandır. İsraillə arada yaşananların müqabilində yeni cəbhəmi?
Bəlkə də. Amma hər atılan bomba yerin öz oxu ətrafında fırlanmasına mütləq zərbədir. Bir gün insanların savaşı bitsə də, təbiət amansız qisas alacaq”.

Nigar