backend

Ermənistanın Londonda Azərbaycan əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsi barədə çox yazılsa da, çox faktlar üzə çıxsa da, müəyyən məsələlər hələ gizli olaraq qalır. 

Birinci Qarabağ müharibəsi barədə çox yazılsa da, çox faktlar üzə çıxsa da, müəyyən məsələlər hələ gizli olaraq qalır.

Bu müharibə dövründə ermənilərin törətdiyi təxribatların, terror aktlarının, diversiyaların sayı-hesabı yoxdur. Bu terror aktları Qafqaz bölgəsindən başqa digər dövlətlərin də ərazilərində törədilirdi.

Ermənilər ömür boyu ASALA terror təşkilatının ənənələrinə sadiq qalaraq insanları qətlə yetirir, terror əsdirirdilər.

Ölkə.Az bu gün birinci Qarabağ müharibəsinin gizli məqamlarından biri çeçen silah tacirlərinin Londonda ermənilər tərəfindən qətlə yetirilməsini işıqlandıracaq. Bu çeçenlər müharibə dövründə Azərbaycana silah satışını həyata keçirirdilər və bu səbəbdən ermənilərin hədəfinə çevrilmişdilər.

Məqalə erməni internet səhifələrindən əldə edildiyi üçün bu yazını “erməni etirafları” da adlandırmaq mümkündür. Məqalə ingilis dilində nəşr edildiyi üçün tərcümə edilib. Bu araşdırmanın ərsəyə gəlməyində göstərdiyi köməyə görə tərcüməçi Aytən Əliyevaya xüsusi təşəkkür edirəm.

1993-cü il, fevral ayının sonlarında üsyankar lider və özünü dövlət elan etmiş İçkeriya Çeçen Respublikasının prezidenti Cövhər Dudayevin köməkçisi, yüksək vəzifəli çeçen məmuru 38 yaşlı Ruslan Outsiyev və onun 20 yaşlı qardaşı Nazarbek Londondakı evlərində qətlə yetirildilər. Sonradan məlum oldu ki, sui-qəsd Ermənistan təhlükəsizlik xidmətinin üzvləri ilə əlaqəlidir.

İlkin məlumatlara görə, bu iki şəxsin qətlində məqsəd Azərbaycana raket satışını həyata keçirməsinin qarşısının alınması olub. Oxuduğunuz bu material əcnəbi və Ermənistan Diasporunun media vasitələrində çap olunmuş məlumatları əsasında erməni internet resursunda ingilis dilində nəşr edilib.

Ölkə.Az bu yazını sizə təqdim edir.

Rəsmi Qroznı dövrdə Outsiyev qardaşlarının Londona Dudayevin tapşırığı ilə yeni Çeçen dövlətinin passport və banknotlarının çapını təşkil etmək üçün səfər etdiklərini bəyan etdi. Lakin qardaşların Çeçen dövləti üçün sənədlər çap etməkdən başqa bir neçə missiyası da var idi: Çeçenistanın böyük neftayırma zavodlarının modernləşdirilməsi üçün amerikalı iş adamından 250 milyon dəyərində kredit əldə edilməli idi; Çeçen neftinin dünya bazarlarındakı qiymətə uyğun olaraq satışını təşkil etmək üçün Alman enerji şirkəti“Stinnes AG”ilə danışıqlar aparılmalı idi; və sonralar tədqiqatçıların üzə çıxardıqları kimi 2000 “Yer-Hava”Stinger raketi alınmalı idi.


Ruslan Outsiyev, Dudayevin ən güvəndiyi məsləhətçisi və fraksiyalar ilə bölünmüş adminstrasiyanın sözü keçən adamı idi. Onun qardaşı döyüş sənəti üzrə mütəxəssis və muzdlu idmançı idi. O, Britaniya paytaxtında ingilis dili öyrənirmiş. Londonda Ruslan Outsev Çeçenistanınbaş naziri kimi çıxış edirdi, lakin əslində o, Dudayevin rəhbərlik etdiyi ali şuranın sədr müavini idi. Bundan başqa, Ruslan Outsev, həm də təkəbbürlü tərzi olan kriminal avtoritetidi. O, bahalı restoranlara gedir, elit fahişələr sifariş edirdi. Onun dəbdəbəli həyatı bununla bitmir və Ruslan 700 000 funtsterlinqə (bəzi mənbələrə görə 1 milyon) ŞerlokHolmsun məşhurlaşdırdığı BeykerStrit 221A ünvanında mənzil satın almışdı. 

Mürəkkəb danışıqları aparmaq üçün Çeçen dövlətinin nümayəndələrinin təcrübəli tərcüməçi və tənzimləyici şəxsə ehtiyacı vardı. Ruslan Outsev bir dəfə müsahibə verdiyi BBC prodüseri Elison Pontinqi xatırlayır və kömək üçün ona müraciət edir.

O, 1988-ci ildən Londonda yaşayan və Uondsvort hamamında hovuz növbətçisi işləyən həyat yoldaşı Qacik Ter-Oqanasyanı təklif edir. Yəqin ki, Qacikin kifayət qədər pul qazancı olan işlə təmin olunacağına ümid edirdi. Beləliklə, London səfəri zamanı Outsiev Ter-Oqanasyanı bələdçi, tərcüməçi və məsləhətçi kimi işə götürür.

Mançestr Universitetinin Rusiya və Şərqi Avropa sahəsi fakultəsinin tələbəsi Elison Pontinq 1984-cü ildə Ermənistana təlim məqsədi ilə səfər edərək orada da Ter-Oqanisyan ilə tanış olur. O, Ter-Oqanisyana aşiq olur və və Britaniyaya qayıtdıqdan sonra da əlaqələrini kəsmir. 1988-ci ildə onlar İrəvanda evlənərək Londona köçürlər. Əvvəllər satıcı işləmiş Ter-Oqanasyan burada hovuz xidmətçisi işləməyə başlayır. Sonralar, o, həyat yoldaşının köməyi ilə bizneslə məşğul olmağa başlayır və post-sovet ölkələrinə komputer, faks və ucuz paltarlar ixrac edir.

Ter-Oqanasyan Outsiyevin görüşlərində iştirak edir və müqavilələrin imzalanmasının şahidi olur. Bir ara çeçenlər və azərbaycanlılar arasındakı münasibətlər korlandı. Sonralar İngiltərənin Kral Prokurorluğu Xidməti iddia edirdi ki, Ter-Oqanasyan Stinger raketlərinin Azərbaycan tərəfindən Ermənistanla müharibədə istifadə etmək üçün əldə edildiyini aşkar edib. Ter-Oqanasyan dostlarından biri olan, Ermənistan xüsusi xidmət orqanının əməkdaşı Mkritiç Martirosyana Outsev qardaşlarının fəaliyyəti barədə xəbər verir. Prokuror həmçinin onu da qeyd edir ki, iki nəfər muzdlu qatil Ermənistan Diasporunun mərkəzi olan Los-Ancelesdən Londona yola salınmışdı.

 

Özünü Ermənistan ticarət palatasının rəhbəri kimi qələmə verən Ermənistan MTN-inin əməkdaşı Aşot Sargisyan alış-verişə mane olmaq üçün Londona gəlir. Baş verənlərdən xəbərsiz olan Elison Poyntinqin köməyi ilə Martirosyan həm də Birləşmiş Krallığa giriş vizası əldə edir.

Londona çatdıqdan sonra Martirosyan Outsiyev ilə Lenqham otelində (Ter-Oqanasyan da iştirak edirdi) görüşərək onu raketləri almaqdan vaz keçirməyə çalışır. Lakin Outsiyev öz qərarını dəyişmir ki, bununla da Britaniya prokurorunun fikrincə, öz ölüm fərmanını imzalayır. Çeçenləri məhv etmək barədə qərar verən Martrosyan Los-Ancelesə qayıdır və muzdlu qatil Aşot Detmenicanyanla əlaqə saxlayır. (Bəzi sənədlərdə qatil Artur olaraq göstərilib. Amma çox güman ki, elə eyni adam-A.Detmenicanyan nəzərdə tutulur-red.) Fevralın 20-si Martirosyan Londona qayıdır, şəhər kənarında ev kirayələyir və qatilin gəlməyini gözləyir.Lakin, müəyyən viza problemlərinə görə, Detmenicanyan Böyük Britaniyaya çata bilmir.

Fevralın 26-sı Nazarbek Outsiyev sinus əməliyyatı üçün xəstəxanaya gedir ki, bununla da öz böyük qardaşının öldürülməsi üçün mükəmməl şərait təmin etmiş olur. Çeçen məmuru öz dəbdəbəli mənzilində başından üç güllə vurularaq öldürülür. İki gün sonra Nazarbek xəstəxanadan qayıdarkən eyni yolla qətlə yetirilir. İkinci qardaşın öldürülməsinə tək səbəb, sonradan məlum olduğu kimi, qəzəbli çeçenin qardaşının qisasını almasının qarşısını almaq olub.

Outsiyevin çürüməkdə olan bədənini saxlamaq üçün dondurucu kameraya malik soyuducunu aldıqdan sonra ermənilər qutunu London ətrafında kirayəyə götürülmüş evə aparmaq üçün iki fəhləyə 450 funt sterlinq verirlər. Bədbəxtlikdən qutu sınır və yayılan cəsəd qoxusu adamları təşvişə salır. Onlar polisə zəng edənə qədər artıq Nazarbek də ölmüş olur.

Martirosyan və Ter- Oqanisyan Nazarbekin cəsədini doğrayıb torbalara dolduraraq aparıb atmaq üçün şəhər kənarındakı mənzilə elektrik mişarı və torbaları ilə gəldikdə polis tərəfindən saxlanılırlar. Hadisə yerində silah da tapılır.

Elison Pontinq da həbs olunur. Lakin onun baş verən hadisələrdən tamamilə xəbərsiz olduğu polis tərəfindən aşkar edilərək sərbəst buraxılır.

İkiqat qətlin səbəbləri dərhal aşkar edilməmişdi və polis əvvəlcə qardaşların qarətçilər tərəfindən öldürüldüyünü düşünürdü. Lakin təhqiqat prosesində aşkaralan şərait motivin başqa olduğunu ortaya qoydu.

Qətldən sonrakı günlərdə çeçen mətbuat orqanlarında bu qətl çeçen rəhbərliyini qorxutmaq və onların federal razılaşma imzalamaları üçün Rusiya xüsusi xidməti tərəfindən düşünülüb hazırlandığı yazıldı. Həbsdən sonra Ter-Oqanasyan qardaşları öldürmədiyini deyərək əfv olunmasını xahiş edir. Prokuror sonradan Ter-Oqanasyanın, həmin günə aid olan “alibi”sini təmin etmək üçün alman tərcüməçi tutaraq şoppinq turuna getdiyini bildirdi.

Martirosyan isə əksinə, cinayəti boynuna aldı və Ermənistan milli təhlükəsizlik xidmətinin üzvü olduğunu və Aşot Sarqisyanın tapşırığı ilə fəaliyyət göstəridiyini etiraf etdi. Bunula belə, sonralar o, dediklərindən imtina etdi və qardaşların muzdlu qatil tərəfindən öldürüldüyünü bildirdi. Həbs zamanı polis Martirosyanın biləyində içərisində, çox güman ki, intihar üçün nəzərdə tutulmuş ilan zəhəri dolu kiçik ampula aşkar edir. Qısa müddət sonra gömrük əməkdaşları ABŞ-da Ter-Oqanasyanın evinə, çox güman ki , onun arvadı tərəfindən sifariş olunmuş başqa bir ilan zəhəri ampulasının ermənilər tərəfindən göndərildiyini aşkar edirlər. Elison Pontinq yenidən həbs olunur, lakin aktda cinayət tərkibi olmadığı üçün azad edilir.

Həbsxanada olarkən Martirosyana bir nəfər baş çəkir. Bəzi mənbələrə görə, bu Aşot Sargisyan idi. Aşot ona əlini kəsərək özünü öldürmək üçün ilan zəhərinə batırılmış alət verir. Lakin işin üstü açıldığı üçün bu cəhd də uğursuz alınır. Nəhayət, Martirosyan həbsxanada özünü asır. Britaniya polisi Martirosyanın qatı cinayətkar olmasına baxmayaraq onu ağıllı və yumor hissinə malik bir adam kimi təsvir edirdi. Mənbələrə görə, “KQB” onun ailəsini İrəvanda öldürməklə hədələmişdi. Martirosyan deyirdi ki, “KQB” heç kimi əfv etmir.

Martirosyanın cəsədi, onun ailəsinin xahişi ilə Ermənistana göndərilir. Londondakı Ermənistan səfirliyinin nümayəndələri məhkəmədə iştirakdan imtina edirlər. Onlar baş verən qətl hadisələrində Ermənistan milli təhlükəsizlik xidmətinin əli olmadığını bildirirdilər.

Polis Sargisyanı Birləşmiş Krallıqda tapa bilmədi, lakin, o, bir neçə ay sonra Moskvada müəmmalı şəraitdə öldürüldü.

Ter-Oqanasyana gəldikdə isə, onun cinayətdə birbaşa əlaqəsi məhkəmədə sübut olunmadı. Buna baxmayaraq, prokuror heç vaxt tətiyi kimin çəkdiyini bilmədi, çünki silahın üstündə barmaq izi yox idi. Ter-Oqanasyan 2013-cü ilin oktyabr ayında ömürlük həbs cəzasına məhkum edildi. Onun arvadı kəskin stressdən əziyyət çəkirdi. Bundan başqa, ərinə görə o, çeçenlərin qisas obyektinə çevrildi. Onun həyatına dəfələrlə qəsd təşkil edildi. Nəhayət, ona çox oxşayan bacısı Karen onun evinin qarşısında vurularaq öldürüldükdən sonra Pontinq polis tərəfindən uzun müddət qoruma altına alındı. Hazırda onun sonrakı taleyi haqqında məlumat yoxdur…

Mənbə:

İndependent. Armenian jailed for London KGB killings: Arms deal led to deaths of brothers from rebel Russian republic in luxury flat

The New York Times. “McMafia”

E. Mickolus, S. Simmons, Terrorism, 1992-1995: A Chronology of Events and A Selectively Annotated Bibliography , 1997 Kommersant. Chechens killed for attempt to help Azerbaijan

Armenian International Magazine, Mission unraveled. The macabre case of the Dead Chechens, 1993, December

Hyusisapayl. “How Chechens’ attempt to buy Stinger missiles was frustrated”