ERMƏNİSTANIN İQTİSADİYYAT NAZİRİ BRİTANİYAYA GEDƏCƏK

ERMƏNİSTANIN İQTİSADİYYAT NAZİRİ BRİTANİYAYA GEDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın sonunda Londonda üç günlük Ermənistan-Britaniya biznes forumu keçiriləcək.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Londona işgüzar səfərə gedəcək.

Müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Səfər oktyabrın 25-dən 27-dək davam edəcək. Londonda Ermənistan-Britaniya biznes forumu keçiriləcək.