İran Azərbaycanla sərhəddə “humanitar yük” şousunun iştirakçısıdır.
Tribunainfo.az yazır ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Ermənistandan Laçın nəzarət buraxılış məntəqəsindən (NBM) qanunsuz keçmək üçün Qarabağa göndərilən yüklərin bir neçə TIR İranın Ermənistandakı şirkəti tərəfindən həyata keçirilib:
“Prosesi İranın Ermənistandaki səfirliyi kordinasiya edir. İrandan göndərilən yüklər Ermənistan nömrəsi ilə Azərbaycan ərazisinə qanunsuz daxil olmaq üçün sərhəddə gözləyir. İran rejimi bununla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır.
İran rejimi Ermənistana dəstək verməkdə və böhranın davam etməsində maraqlıdır. İranın Qafanda konsulluğu Azərbaycana qarşı hərbi kəşfiyyatla məşğul olur və burada humanitar yük şousunun təşkil edilməsində əsas mərkəz funksiyasını daşıyır”.