Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja hesab edir ki, Ermənistan təşkilatdan kənarda deyil.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Belarus telekanalına müsahibəsində deyib:
“Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də, fikrimcə, bu, müvəqqəti hadisədir, amma istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”, – deyə o bildirib.
Bordyuja vurğulayıb ki, o, Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilməz.
“Mən sadəcə olaraq, o gələcəyi təsəvvür edə bilmirəm, çünki Ermənistan Rusiya ilə güclü inteqrasiya olunub və təkcə iqtisadi cəhətdən deyil, Rusiyada çoxlu sayda, bir neçə milyon erməni yaşayır”, – deyə KTMT-nin keçmiş baş katibi bildirib.
Xatırladaq ki, ER baş naziri Nikol Paşinyan sentyabrın 24-də xalqa müraciətində respublikanın xarici və daxili təhlükəsizlik alətlərinin dəyişdirilməsi və əlavə edilməsi zərurətini bəyan edib.