ERMƏNİSTANIN BAŞ NAZİRİ SÜLH ÜÇÜN BÜTÜN MÜMKÜN ADDIMLARI ATIB – MARUKYAN

ERMƏNİSTANIN BAŞ NAZİRİ SÜLH ÜÇÜN BÜTÜN MÜMKÜN ADDIMLARI ATIB – MARUKYAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda sabit və davamlı sülhə nail olmaq üçün Ermənistan və “Azərbaycan arasında etimad mühitinin yaradılmasını vurğulayıram”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan məlumat verib.

“Ermənistanla Azərbaycan arasında etimadın olmaması fundamental problemdir və sülh prosesində mühüm nəticələr əldə etmək üçün bu problem həll edilməlidir. Əminliklə deyə bilərəm ki, Ermənistanın baş naziri son iki il ərzində məqsədi Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhə nail olmaq olan sülh danışıqlarına etimadı gücləndirmək üçün bütün mümkün və qeyri-mümkün görünən addımları atıb”, – Marukyan bildirib.

Onun sözlərinə görə, sülh prosesini başa düşülən məqama qaytarmaq üçün beynəlxalq ictimaiyyət və vasitəçilər Ermənistanın etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlarına cavab olaraq Azərbaycandan adekvat addımlar atmasını tələb etməlidir.