Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı təsdiqləndi – VİDEObackend

Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı təsdiqləndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrəvanın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı təsdiqlənməkdədir.
Belə ki, sentyabrın 6-da axşam saatlarında Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən saxlanılan ermənistanlı bloqer Mika Badalyanın həbsinin bəzi detalları üzə çıxıb.

Məlum olub ki, Mika Badalyan təkcə “odlu silahların qanunsuz dövriyyəsi” ittihamına görə saxlanılmayıb.
Ermənistan mətbuatı yazır ki, ötən gün internetdə Ermənistan ordusuna aid texnikanın hərəkətini əks etdirən görüntüləri Mika Badalyanın arvadı Milana Andreyeva lentə alıb.
Xatırladaq ki, sözügedən görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində də aktiv şəkildə yayılıb və müzakirə edilib.
Ermənistan tərəfi Mika Badalyanın həyat yoldaşının hərbi texnikanın hərəkətini hansı məqsədlə çəkdiyini və bu görüntülərin Rusiyanın və Azərbaycanın “Telegram” kanallarına necə sızdırıldığını müəyyənləşdirməyə çalışır.
Bununla da İrəvan Azərbaycanla sərhədə qoşun yeridilməsi ilə bağlı videonun həqiqiliyini bir daha təsdiq etmiş olur.