“Ermənistanın Azərbaycana kompensasiya ödəməsi danışıqların müzakirə mövzusu deyil”

“Ermənistanın Azərbaycana kompensasiya ödəməsi danışıqların müzakirə mövzusu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”.

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.

Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb:

“Burada söhbət bir dövlətin məsuliyyətindən gedir. Ermənistan 30 il ərzində beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycanın ərazilərini işğala məruz qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib. İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim tərəfimizdən dəymiş ziyanın BMT-nin metodologiyası əsasında kompleks qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş zərər ümumilikdə 150 milyard dollara yaxın həcmdə təşkil edir”.