“Hazırda Ermənistanın Azərbaycanı güzəştə getməyə məcbur etmək üçün nə daxili gücü var, nə də xarici təsir rıçaqları var”. Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Avetis Babacanyan deyib.
O bildirir ki, əgər Azərbaycan sülh müqaviləsini imzalamaqdan imtina edərsə, Ermənistanın Azərbaycana qarşı heç bir rıçaqları yoxdur. “Təşəbbüs Azərbaycanın tərəfindədir. Azərbaycan ya mövcud status-kvoya uyğunlaşmalıdır, ya da Ermənistana qarşı növbəti dəfə silaha əl atmalı, Ermənistanı öz tələbləri ilə razılaşmağa məcbur etməli, Ermənistanı yekun kapitulyasiyaya məruz qoymalıdır”.