Ermənistanı vətəndaş müharibəsi gözləyir

Ermənistanı vətəndaş müharibəsi gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir həftədir ki, Ermənistanda nəqliyyatda qiymətlərin qaldırılmasına etiraz olaraq boykot həyata keçirilir. Tribunainfo.az xəbər verir ki, İrəvan meriyasının təşəbbüsü ilə qiymətlər bir gediş üzrə 100 dramdan 150 drama qaldırılıb.
“Hraparak” qəzeti bununla bağlı yazıb ki, şəhər əhalisi avtobus və tramvaylarda 150 dram yerinə 100 dram ödəməkdə davam edirlər. Əksər sürücülər də çarəsizlikdən həmin məbləği götürürlər.
Qəzet qeyd edir ki, İrəvan meriyası sürücülərə tapşırıq verib ki, 100 dram götürənlərə ay sonu maaş verilməyəcək. “Bu da sürücülərdə narazılıq yaradıb. Ermənistan hökuməti ölkəni vətəndaş müharibəsinə sürükləyir”.