“Ermənistanı bir dövlət kimi məhv etmək və ya onu quberniyaya çevirmək planı var”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Arutyun Mkrtçyan deyib.
Onun sözlərinə görə, bu planın həyata keçirilməsində maraqlı olan həm daxildə, həm də xaricdə qüvvələr var. O bildirib ki, Türkiyə və Rusiyanı əsas tərəfdaş kimi görənlərin hər ikisi həmin qüvvələrin adamlarıdır. “2020-ci ildə daha çox Ermənistana qarşı aparılan Qarabağ müharibəsi ölkəni əyalətə çevirmək və bir dövlət kimi məhv etmək idi. İndi isə onu müharibəsiz həyata keçirmək istəyirlər”.