Ermənistana idxal edilən və yarmarkalarda satılan Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb.
Ermənistana idxal edilən və yarmarkalarda satılan Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb.
TİA.AZ xəbər verir ki, Ermənistan hakimiyyəti Azərbaycan alması ilə bağlı yeni iddia ilə çıxış edib.
Dövlət Gəlirləri Komitəsi iddia edib ki, İrəvan yarmarkalarında satılan Azərbaycan almaları əslində Polşa mənşəlidir, sadəcə olaraq, üzərinə Azərbaycan firmasının emblemi vurulub.
Ermənistan mediası bunun hakimiyyətin buraxdığı səhvi təmizə çıxarmaq gedişi olduğunu yazıb.
“Joxovurd” qəzeti yazır ki, hazırda gömrüklərdə üzərində emblem olmayan almalar Ermənistana buraxılmır: “Bunu etibarlılıq üçün edirlər. Lakin Azərbaycan almaları ilə bağlı yaranmış qalmaqaldan sonra belə gömrükdə qanunsuzluğun, özbaşınalığın qarşısı alınmayıb”.
Qeyd edək ki, bu ilin 23 aprelində Ermənistan mediası İrəvan yarmarkalarında Azərbaycan almalarının satıldığına dair məlumat yaydı. Bundan sonra Ermənistanda ciddi təşviş yarandı. Hakimiyyət nümayəndələri İrəvan yarmarkalarının bir-bir gəzərək, üzəində Azərbaycanın “DAD Fruits” firmasının emblemi olan almaları toplayaraq, məhv etdi. Bu hadisəyə görə almaları Ermənistana aparan 4 şəxs, həmçinin, 8 səlahiyyətli həbs olunub.
“DAD Fruits” firması isə almaların Ermənistana necə gedib çıxmasına aydınlıq gətirdi.
Firma öz məhsullarının müxtəlif xarici ölkələrə, o cümlədən, qonşu Rusiya və Gürcüstana ixrac etdiyini açıqladı.
“Ola bilsin ki, almalar Ermənistana Gürcüstandan gedib”, – deyə formanın açıqlamasında bildirilir.