ERMƏNİSTANI DƏHŞƏT GÖZLƏYİR, GƏLƏN İL QANLAR TÖKÜLƏCƏK – POLİTOLOQLARDAN ŞOK ANONSbackend

ERMƏNİSTANI DƏHŞƏT GÖZLƏYİR, GƏLƏN İL QANLAR TÖKÜLƏCƏK – POLİTOLOQLARDAN ŞOK ANONS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda 2024-cü ildə iğtişaşlar baş verə bilər. Paşinyan odla oynayır. Əgər belə davam edərsə, Moskva erməniləri pis cəzalandıracaq”.

Bu fikirləri Tribunainfo.az-a siyasi icmalçılar bildiriblər. Təhlilçilərin zənnincə, KTMT sammitini boykot edən Paşinyan bu qərarına görə Rusiyadan ağır zərbə alacaq. Ekspertlərin proqnozları ondan ibarətdir ki, gələn il Ermənistanda ciddi təlatümlər yaşanacaq və hadisələr öz nəzarətindən çıxaraq böyük qarşıdurmalara səbəb ola bilər.
“Ermənistan Rusiyanı Qərbə dəyişmək üçün əlindən gələn edir. Kreml Paşinyanı dayandırmaq üçün daha təsirli alətlərə əl atacaq. Gələn il qanlar töküləcək”.

Tribunainfo.az bildirir ki, analitik Elxan Şahinoğlu bu qənaətdədir. Onun dediyinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır: “Baş nazir Nikol Paşinyanın təşkilatın növbəti zirvə toplantısına qatılmamasının başqa adı yoxdur”.

Politoloq Zaur Məmmədovun fikrincə, Ermənistanı dəhşət gözləyir: “Mövcud vəziyyəti bəhanə edən bəzi beynəlxalq dairələr öz geosiyasi davalarını Qafqaza gətirirlər. Son açıqlamalardan görünür ki, Fransanın Ermənistanı silahlandırması ilə eyni vaxtda Kanada, ABŞ Aİ nin missiyasına qoşulmaqdadırlar. Jozep Borrelin açıqlaması, Aİ nin Sülh Fondunun Ermənistanda işə başlaması, hansı ki, əslində Aİ xüsusi missiyası kimi hərbi işlərlə məşğul olacaq, bölgəni böyük təhdid altına qoyacaq.


Son baş verənlər Azərbaycanın təhlükəsizliyinə təhdiddir və ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir”. Ekspertin sözlərinə görə, rəsmi Bakı üçün Qafqazda təhlükəsizlik önəmlidir: ” Azərbaycana qarşı ittihamların davam etməsi və bu fonda sərhədçilərimizin qarşısında az qala bütün NATO qüvvələrinin mülki formada dayanmaları vəziyyəti gərginləşdirəcək”.