Ermənistanı daha ağır və sərt cavab gözləyir – Hərbi ekspertbackend

Ermənistanı daha ağır və sərt cavab gözləyir – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12- ə törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bu Ali Bas Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlarda əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə hərbi ekspert Ədalət Verdiyev çıxış edib. O bildirib ki, düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa həmin mövqelərdə Azərbaycan Əsgəri və dövlət Bayrağımız yerləşdiriləcək:

“Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb.
Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasının üzərinə düşür.
Baş verən təxribatlara Aİ missiyası reaksiya vermək , təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermınistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı acılı nəticələr əldə edəcək”.

Nigar