“Nikol Paşinyanın sözlərindən öyrəndik ki, Bakı və Ankara ilə münasibətlər kontekstində o, iki məsələdə arxayındır: Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq və Qarabağ hərəkatı davam edə bilməz”.
Tribunainfo.az xəbər verir ki, bunu politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, Paşinyan yalnız Bakı və Ankaranı maraqlandıran gündəmə arxayındır. “Eyni zamanda, bəlli oldu ki, Paşinyan bu il Bakı ilə sülh müqaviləsinin imzalanmasının mümkün olacağına əmin deyil”.
Matevosyan onu da iddia edib ki, Bakı və Ankaranın son məqsədi Ermənistanı bloklara qoşulmayan dövlətə çevirməkdir.
Fərda Uğur