ERMƏNİSTANDAN QOVULDU, TÜRK AGENTİ OLMAQDA İTTİHAM EDİLDİ, BAŞINA SİLAH DAYADILAR

ERMƏNİSTANDAN QOVULDU, TÜRK AGENTİ OLMAQDA İTTİHAM EDİLDİ, BAŞINA SİLAH DAYADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yapon akademik Keisuke Vakizaka 15 ildir ki, Türkiyədə yaşayır.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, bakalavr təhsilini Yaponiyada alıb, magistraturasını Yıldız Texniki Universitetində, doktoranturasını isə Orta Doğu Texniki Universitetində bitirib.

Daha sonra 2019-cu ildə İstanbul İnkişaf Universitetində işə başlayıb. O, doğma yapon dili ilə yanaşı, ingilis, türk və Azərbaycan türkcəsini yüksək səviyyədə bilir.

Vakizaka erməni və gürcü dillərini də baza səviyyədə danışa bilir. Yapon akademik İstanbul İnkişaf Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentinin müəllimidir.

Keisuke Vakiazaka ötən gün Ermənistana getmək istəyərkən pasport yoxlamasında çətinlik çəkib. Pis rəftara məruz qaldığını, sonra isə deportasiya edildiyini ifadə edən Vakiazaka başına gələnləri danışdı.

Baş verənlərin şokundan çıxmağa çalışdığını bildirən akademik, başına gələnlərin diplomatik təcrübələrə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması səylərinə və insan haqlarına uyğun olmadığını bildirib.

Keiske Vakizaka İrəvan, Gümrü və Gorusda 2 həftəlik səfər planlaşdırdığını, lakin bezdirici vəziyyətlə qarşılaşdığını bildirib.

Ermənistanda qalmağı, dostlarını ziyarət etməyi, kitab mağazalarına baş çəkməyi planlaşdırdığını bildirən Vakizaka ilk dəfə ötən il getdiyini və ölkədə heç bir neqativlə rastlaşmadığını bildirib.

Bu il gedərkən başına bir şey gələcəyini heç düşünmədiyini deyən Vakizaka, keçən illə müqayisəsi mümkün olmayan tamam fərqli mənzərə ilə qarşılaşdığını qeyd edib.

Vakizaka bildirib ki, o, Qafqazla bağlı intensiv araşdırmalar aparan akademikdir və Ermənistanı yaxından tanımaq üçün bu dili öyrənib.

“Ermənistanı yaxından tanımaq üçün erməni dilini öyrəndim, lakin onlar bunu riskli gördülər. Türk millətçi dostlarımla çəkdirdiyim fotoları göstərərək məni casusluqda ittiham etməyə çalışdılar”

Sərhəd keçidinin rəisinin onu başqa otağa apardığını və “Ermənistanda nə işin var?” sualının verildiyini bildirən akademik sözlərini belə davam etdirib: Turist kimi gəldiyimi dedim, amma rəis “yox, türk agentisən” dedi. Telefonumu əlimdən aldı. WhatsApp, Messenger, Facebook yazışmalarımı və şəkillərimi araşdırdı. Skrinşotlar çəkdi. O, türk millətçi dostlarımla çəkdirdiyim fotoları göstərərək məni casusluqda ittiham etməyə çalışdı. Telefonla danışmağa icazə vermədilər. Psixoloji və mənəvi işgəncələrə məruz qaldım. O, məni saatlarla həmin otaqda saxladı və ona turist kimi gəldiyimi, dostlarımı ziyarət edəcəyimi desəm də, stolu bərk döyərək, qışqıraraq məni qorxutmağa çalışdı. Başqa bir işçi tapançanı üzümə dayadı və məni “turist deməyəcəksən” deyərək hədələdi. Məni “Türk millətçiləri Ermənistanda 5 il həbs edəcəklər” deyərək hədələdi və mənə mənəvi işgəncə verdi. Psixoloji təzyiq hiss etdim”.