backend

Ermənistandan orduya dəstək üçün – Əcaib qanun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti hərbçilərin sağlamlığı və həyatına dəyəcək zərərə görə kompensasiya haqqında qanunu qəbul edib. 

Ermənistan parlamenti hərbçilərin sağlamlığı və həyatına dəyəcək zərərə görə kompensasiya haqqında qanunu qəbul edib.

TİA.AZ xəbər verir ki, parlamentdə qanunun leyhinə 98, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, qanun Ermənistan Müdafiə Nazirliyi tərəfindən təklif edilib. Qanuna əsasən Ermənistanın bütün işləyən şəxslərinin hesabından hər ay 1000 dram pul məcburi qaydada ölən və yaralanan hərbçilərin ailələrinə dəstək fonduna köçürüləcək. Müdafiə Nazirliyinin təklif etdiyi qanun bir çoxlarının, xüsusən də müxalifətin etirazına səbəb olub. Bununla bağlı olaraq bir müddət öncə hətta sosial şəbəkələrdə və mətbuatda generalların ordunun pullarını necə oğurlaması haqqında silsilə yazılar da tirajlanıb.