Ermənistan hakimiyyəti kilsəyə qarşı yeni təxribat təşkil edir, bunun təşkilatçısı hakimiyyətin lehinə baxışları ilə seçilən din xadimi, keşiş Ter Sahak Qalstyandır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, onlar sentyabrın 14-də Üçmüədzində II Qareginin devrilməsi tələbi ilə mitinq təşkil etmək niyyətindədirlər.
“Şübhəsiz, mitinqin təşkili ideyası əslində hakimiyyətə məxsusdur, çünki sentyabrda Baqrat Srbazan fəallaşacağını elan edib. Siyasi hakimiyyətin fikrincə, Baqrat Srbazanın hərəkətlərini bütün ermənilərin katolikosu koordinasiya edir”, – deyə nəşr bildirib.