Ermənistanın Araqots vilayətinin Şamiram kəndində yas mərasimi zamanı qan tökülüb.
Ermənistanın Araqots vilayətinin Şamiram kəndində yas mərasimi zamanı qan tökülüb.
APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs mərasim iştirakçılarını atəşə tutub. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Ölənlərin hamısı kişilərdir.
Hücum edən şəxs “Sayqa” karabini ilə silahlanıbmış. O, yas mərasiminin keçirildiyi zalı atəşə tutaraq qaçıb. Cinayətin məişət zəminində törədildiyi bildirilir.
Şamiram kəndində əsasən yezidi kürdlərinin yaşadığı xəbər verilir.