Ermənistanda yanvarın 1-dən hərbi xidmət müddəti azaldılır

Ermənistanda yanvarın 1-dən hərbi xidmət müddəti azaldılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yanvarın 1-dən hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı paylaşım edib.

Tribunainfo.az xəbər verir ki, o, qaydaların dəyişdiyini bəyan edib.
Paşinyan deyib: “Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu. Bu gün mən müdafiə naziri ilə, ötən iclasda isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldim ki, qanun daha tez, 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Yəni, 2026-cı ilin 1 yanvarından Ermənistanın qış, 2026-cı ilin yay çağırışından isə bir müddət hərbi xidmətə çağırılacaq. İki il əvəzinə bir il yarım”.

Fərda Uğur