Erməni mətbuatı:“Sarqsyan hökuməti hazırkı Parlament seçkilərini küçə avaralarının davası səviyyəsinə düşürdü. Ölkəni rüsvay etdi, bütün prosesi gözdən saldı”.
Erməni mətbuatı:“Sarqsyan hökuməti hazırkı Parlament seçkilərini küçə avaralarının davası səviyyəsinə düşürdü. Ölkəni rüsvay etdi, bütün prosesi gözdən saldı”.
Ermənistanda Parlament seçkiləri öncəsi gərginlik davam edir. Martın 12- də seçkilərə müxalifətdən namizədlərin tərəfdarları ilə hakim Respublika Partiyası təmsilçiləri arasında baş verən silahlı insedentin martın 14-də təkrarlanması vəziyyəti daha da çətinləşdirib. İş o yerə çatıb ki, ölkədə vətəndaş müharibəsi başlaya bilər.
Yerli mətbuat ölkənin mafiya ocağına çevirildiyini yazır. Saytlarda “Ermənistan Seçkiöncəsi Siciliyaya Çevrilir”, “Ermənistan -Yeni Mafiya Yuvası” başlıqlı xəbərlər yayılıb.
Aykakan Jamanak Qarabağdakı separatçı erməni rejiminin keçmiş təmsilçisi, “ordu komandanı” Samvel Babayanın Armavir vilayətinin Crarat kəndində baş verən insidentlərlə əlaqədar rəqiblərini hədələdiyini yazır:
“Ordu komandanı Samvel Babayan hadisələrə olduqca sərt münasibət bildirib: “Heç kimə məsləhət görməzdim ki, işlərimizə qarışsın və ya tərəfdarlarımıza atəş açsın. Əgər bu gün onlar atəş açırsa, sabah qarşı tərəfin cavabı ilə üzləşə bilərlər. Belə getsə çox qanlar töküləcək. Vətəndaş müharibəsi başlayacaq”.
“Jamanak” yazır: “Dünən səhər saatlarında iki gün əvvəl Crarat kəndində baş verənlərin təkrarlanacağı ilə bağlı məlumat aldıq. Həqiqətən də bir neçə saatdan sonra yeni atışma barədə xəbər daxil oldu. “Jamanak”ın mənbələri belə hesab edirlər ki, bu insidentlər ORO bloku üçün hazırki hakimiyyətə qarşı digər müxalif qüvvələr üzərində üstünlük qazanmaq üçün yeganə imkandır. Dünənki atışma bu məntiqi doğruluyur. Bizdə olan məlumata görə, martın 14-də baş verən insidenti Samvel Babayan şəxsən təşkil edib”.
“Joxovurd” qəzeti isə Ermənistanı Siciliyaya bənzədir: “ Başlanğıcda hakim partiyanın nümayəndələri öz aralarında “söz davası” aparırdılar. Bu gün isə hökumət təmsilçiləri siyasi rəqibləri ilə aralarındakı problemlərini silah və yumruq gücünə həll etməyə başlayıblar. Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, belə demək olar ki, hökumət hazırki parlament seçkilərini küçə avaralarının davası səviyəsinə düşürdü. Ölkəni rüsvay etdi, bütün prosesi gözdən saldı”.
Jamanak qəzeti başqa bir yazı ilə parlament seçkilərini saxtalaşdırmağı planlaşdıran sözdə müşahidəçiləri ifşa edib. Belə ki, seçkilərdə müşahidəçi qismində iştitak edəcək erməni diaspora nümayəndələri Serj Tankyan, Arsine Xancyan, Atom Eqoyan və digərləri əslində ORO blokunu dəstəkləyir və seçkilərdən sonra ehtiyac yaranacağı təqdirdə cəmiyyət arasında blok namizədlərinin xeyirinə fikir yaratmağı planlaşdırıblar.
Bundan başqa, bildirilir ki, baş nazir Karen Karapetyanın ən etibarlı adamlarından biri hesab edilən Dovlət Gəlirləri Komitəsinin rəhbəri Vardan Arutyunyan öz əməkdaşlarına Serj Sarkisyanın Respublika Partiyasının xeyirinə səs toplamaq üçün xüsusi göstərişlər verib.
Dovlət Gəlirləri Komitəsindən anonimliyin saxlanılması şərti ilə Jamanaka bildirilib ki, bütün vergi idarələrinin rəhbərləri öz əməkdaşlarını çağıraraq ailələrinin pasportlarını istəyirlər. Etiraz edənləri isə işdən qovmaqla hədələyirlər. Həmçinin belə məlum olub ki, Arutyunyan analoji üsullardan “Ermənistan Qazprom”un rəhbəri olduğu dövrdə də istifadə edib.