Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq

Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Syünikdə “Tramp marşrutu”nun inşasına 2026-cı ilin ikinci yarısında başlanacaq.

Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı”ında bildirib.

Onun sözlərin görə, ilin sonuna qədər plan hazırlanacaq və layihənin bütün detalları təsvir olunacaq, 2026-cı ilin birinci yarısında təsdiq olunacaq.

Paşinyan qeyd edib ki, Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə də həddən artıq yüklənib, lakin Ermənistan göstərilən müddətlərə əməl etməyə çalışacaq./APA