Ermənistan ədliyyə nazirinin müavini Sirvard Gevorgyan istefa verdiyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yayıb.
Gevorqyan qərarını iki müxalif siyasi düşərgənin təzyiqi və manipulyasiyası ilə izah edib və qeyd edib ki, o, öz mövqeyini qorumaq üçün dostlarını və həmkarlarını təhlükəyə atmağa hazır deyil.
Gevorqyanın istefası hakim fraksiya deputatlarının istefasını tələb etdiyi ədliyyə naziri Qriqor Minasyana təzyiqlər fonunda baş verib.
Partiyanın nizamnaməsinə görə, fraksiya üzvlərinin üçdə biri bu təşəbbüsü dəstəkləsə, istefa məsələsi müzakirəyə çıxarıla bilər, lakin yekun qərar baş nazirdə olacaq.