Ermənistan parlamenti Müdafiə Nazirliyinin təşəbbüsü ilə “Müdafiə” haqda qanun layihəsini qəbul edib. Ermənistan parlamenti Müdafiə Nazirliyinin təşəbbüsü ilə “Müdafiə” haqda qanun layihəsini qəbul edib.
TİA.AZ publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, yeni qanunla Ermənistanda tələbələrə orduda xidmətdən möhlət hüququ verilmir. Beləliklə, hərbi xidmət yaşı çatmış təhsil alan şəxslər əsgər aparılacaq.
“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, tələbələr bu qanuna etiraz olaraq parlament binasının önündə aksiya keçiriblər.
Tələbələr xidmətdən yayınmadıqlarını, lakin elmlə məşğul olmaq hüququnun pozulmasına etiraz etdiklərini bildiriblər.
“Biz bilirik ki, orduya gedənlər qayıdandan sonra oxumaq istəmirlər”, – deyə tələbələr söyləyib.
Etirazçılar Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş tələb ediblər. Onlar “orduda elmlə məşğul olmaq üçün bütün şərait yaradılacaq” vədlərinin yalan olduğunu düşünürlər.