Ermənistanda tarix kitablarından Qarabağ məsələsi çıxarılır

Ermənistanda tarix kitablarından Qarabağ məsələsi çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda istər orta , istərsə ali məktəblərdə indiyə qədər tədris edilmiş “Erməni tarixi” kitablarından Qarabağ məsələsi çıxarılır. Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Arman Maloyan bildirib.


O deyib ki, tarix dərsliklərinin əvvəlki “Erməni tarixi” adı dəyişdirilərək, “Ermənistan tarixi” edilib. “Həmin kitablarda Qarabağda baş verən hadisələr, orada gedən proseslər və tarixi olaylar tədris edilirdi. Yeni kitabda isə onların hamısı çıxarılıb. “Artsax” sözü ləğv edilib, “Dağlıq Qarabağ” şəklidən saxlanılıb”.
Maloyan onu da deyib ki, Ermənistan hökumətinin təlimatı ilə həyata keçirlən bu proses Qarabağ məsələsini erməni cəmiyyətinə unutdurmaqdır.