Prezident İlham Əliyevin son müsahibəsindən ciddi şəkildə narahat olmağa başlayan Ermənistandakı revanşist qüvvələr həyacan içində bəyanatlar verirlər. Tribunainfo.az xəbər verir ki, onların arasında Azərbaycana müharibə elan edilməsini təklif edənlər belə var.
Ermənistan XİN-in keçmiş baş katibi Vaaqn Melikayan deyib ki, Əliyevin açıqlamalarını dərindən təhlil etmək və buna adekvat addım atılmalıdır. Onun sözlərinə görə, bu prosesdə Paşinyana güvənmək olmaz: “Paşinyan “Mən üç dəqiqəyə Azərbaycan nümayəndələrini qəbul edəcəm” desə, təəccüblənməyin”.
O iddia edib ki, Ermənistanda təcili səfərbərlik elan edilməlidir. “Səfərbərlik elan edilməli, mövzqelər gücləndirilməlidir. Əks təqdirdə, daha böyük ərazilər itirməli olacağıq”.