Dünən İrəvanda Konstitusiya İslahatları Şurasının iclası keçirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Xəbərdə deyilir ki, ediləcək dəyişiklilərlə bağlı müzakirələr aparılıb. Nəşr bunu həmçinin bunu prosesin sürətləndirilməsi kimi qiymətləndirib.
Erməni mediası iddia edir ki, hadisələrin hazırkı dinamikası Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi tarixini tezləşdirə bilər. Bunun üçün konkret tarix də göstərilib. İddia olunur ki, İrəvan gələn ilin martında referenduma gedə bilər.
Fərda Uğur