Ermənistanda Qarabağın “xəritə”ləri yığışdırılır: Kitab evlərinə satışı qadağan edilib

Ermənistanda Qarabağın “xəritə”ləri yığışdırılır: Kitab evlərinə satışı qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda indiyə qədər çap edilmiş və üzərində Qarabağı ayrıca “ölkə” olaraq göstərən bütün xəritələrin yığışdırılmasına başlanılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Oragir.News saytı məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda yeni çap olunan xəritələrdən Qarabağ sözü çıxarılıb və yerinə Azərbaycan yazılıb. Həmçinin Qarabağ Azərbaycan ərazisi olaraq göstərilib.

Sayt bildirir ki, bütün kitab evlərinə xəbər göndərilib ki, Qarabağı ayrıca “dövlət” kimi göstərən bütün xəritələri satışdan çıxarsınlar. İrəvandakı əksər kitab evləri faktı təsdiqləyiblər.