“Ermənistanda “Qarabağ Azərbaycandır” deməyənlər həbs olunacaqlar”

“Ermənistanda “Qarabağ Azərbaycandır” deməyənlər həbs olunacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Nikolla birlikdə suverenlik və sülh sousu ilə Ermənistanı savadlı və hesablı şəkildə darmadağın edir”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni  ictimai xadim Mikael Nahapetyan deyib.

Onun sözlərinə görə, erməni xalqı sülh müqaviləsi imzalanana qədər bir çox əziyyətlərə qatlaşmalı olacaq. “O vaxta qədər sülh və demokratiyaya can atan xalq alçaldılacaq, təhdidlər və diktatura ilə üzləşəcək”.

Nahapetyan onu da deyib ki, məsələ bununla da bitməyəcək. “Əgər Ermənistanda kimsə Qarabağın Azərbaycana məxsus olmadığını desə, onu cəzalandıracaqlar. Çünki sülh sazişində bununla bağlı bəndin olmasına qəti şübhəm yoxdur”.

Fərda Uğur