Ermənistanda polis hökumət binasını mühasirəyə alıb, əraziyə xüsusi təyinatlılar cəlb olunub – VİDEO

Ermənistanda polis hökumət binasını mühasirəyə alıb, əraziyə xüsusi təyinatlılar cəlb olunub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları İrəvanda hökumət binasının qarşısında toplaşmağa başlayıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, polis binanı mühasirəyə alıb, əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Hökumət Evinə aparan yollar bağlanıb.

Qeyd edək ki, hazırda hökumətin iclası keçirilir, Baş nazir Nikol Paşinyan çıxış edir.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-dan, Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı razılıq əldə olunduqdan sonra başlayıb. Etirazlara başçılıq edən Tavuş Yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı istefa verməyə çağırıb.