Ermənistanda hərbçilər döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb. Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.
Ermənistanda hərbçilər döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb. Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.
TİA.AZ “Tert.am”-a istinadən xəbər verir ki, fevralın 28-i baş verən hadisə nəticəsində məcburi hərbi qulluqçular müxtəlif dərəcəli qəlpə bədən xəsarətləri alıblar.
Onlar dərhal hospitala aparılıblar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.