Ermənistanda əhali yenidən küçələrə toplaşmağa başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa verməsindən sonra hazırda bu postda müvəqqəti olaraq Karen Karapetyanqərarlaşıb. Karapetyan növbədənkənar seçkilərin keçirilməsini təklif edir.
Qeyd edək ki, 13 apreldə başlayan nümayişlər 23 apreldə Sarkisyanın istefası ilə nəticələnmişdi. Ermənistanda konstitusiyaya edilən dəyişiklikdən sonra prezidentin səlahiyyətləri baş nazirə keçib. Sabiq prezident olan Serj Sarkisyanın baş nazir vəzifəsini tutması ölkəyə yenidən rəhbərlik etməsi demək idi.