2017-ci ilin birinci rübündə Ermənistanda işsizlik 19% olub.
2017-ci ilin birinci rübündə Ermənistanda işsizlik 19% olub.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Milli Statistika Xidməti yayıb. Xidmət ölkədə iqtisadi aktiv əhalinin sayının 1 202,9 milyon nəfər olduğunu bildirib. Bunların 228,4 min nəfərinin işsiz olduğu vurğulanıb.
Qeyri-rəsmi statistikada bu göstəricinin daha yüksək olduğu bildirilir.
Qeyd edək ki, 2016-cı ildə Ermənistanda işsizlərin sayı əhalinin 18%-ni təşkil edib.