Ermənistanda hərbi hissədə mərmi partladı — 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partladı — 8 hərbçi YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi hissədə mərmi partlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Hadisə ötən gün təlim zamanı baş verib. Armlur.am saytının verdiyi məlumata əsasən, ümumilikdə 8 nəfər xəsarət alıb. Onların arasında təlim iştirakçıları ilə yanaşı, təlimi keçirən polkovnik-leytenant da var.

Partlayışın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Yaralıların hərbi hospitalın nəzarəti altında olduğu deyilir.