ERMƏNİSTANDA HEÇ KİM RUS ŞİRKƏTLƏRİ İLƏ İŞLƏMƏK İSTƏMİR…backend

ERMƏNİSTANDA HEÇ KİM RUS ŞİRKƏTLƏRİ İLƏ İŞLƏMƏK İSTƏMİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda heç kim, nə hökumət, nə vətəndaşlar, nə də investorlar Rusiya şirkətləri ilə işləmək istəmirlər. Ermənistan tam sürətlə Rusiyadan “qırılmaq” xətti götürüb. Ermənistanın ən böyük mobil operatorlarından olan Rusiyanın MTC şirkətinə məxsus “MTC Armenia” artıq satılıb. Daha doğrusu, bu Rusiya şirkəti bütün aksiyalarını satmaq məcburiyyətində qalıb. Bu o deməkdir ki, nə Ermənistan hökuməti, nə erməni abonentlər, nə də investorların Rusiya şirkətlərinə “simpatiyaları” qalmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz qeyd edib ki, vaxtilə Qarabağda da xidmət göstərən bu mobil operatorun bütün səhmlərini yunan şirkəti alıb:

“”MTC Armeniya” Ermənistanın ən böyük vergi ödəyiciləri sırasında 10-cu idi. Bazar dəyəri təxminən 200+ milyon dollar dəyərləndirilirdi. Bir müddət öncə 5G lisenziyası da almışdı. Ermənistanın tənzimləyici qurumu “MTC Armenia” mobil operatorunun bütün səhmlərinin yunan şirkəti olan Fedilco Group Limited tərəfindən alınmasını təsdiqləyib.
Tənzimləyici qurum elan edib ki, artıq bu mobil operatorun Rusiyanın məşhur MTC şirkətinə hər hansı aidiyyatı yoxdur. Bununla da MTC şirkəti, son bir neçə ildə Özbəkistan, Ukrayna və Ermənistan bazarlarından çıxmaqla indi yalnız Belarus və Rusiyada qalıb.
İndi satılma növbəsi, Ermənistanın bütün telekommunikasiya sektoruna sahib olan, Rusiyanın Rostelekom operatoruna məxsus GNC Alfa şirkətindədir”.