Ermənistanda əsgər zabiti ÖLDÜRÜB

Ermənistanda əsgər zabiti ÖLDÜRÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ER Müdafiə Nazirliyinin Hərbi Polisinin Vardenis İdarəsindən məlumat daxil olub ki, 2024-cü ildə Yanvarın 9-da ER N saylı hərbi hissəsinin mühafizə zonasında döyüş mövqeyində müqaviləli əsgər, döyüş mövqeyinə cavabdeh olan zabiti öldürüb.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumata görə, güllə yarasını döyüş növbətçiliyində olan çağırışçı hərbçi alıb.

Faktla bağlı ER İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizon İstintaq İdarəsində ER Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq qrupu yaradılıb.

Proseduru həyata keçirən orqanın qərarı ilə onun yuxarıda qeyd olunan cinayət əməlini törətməsinə əsaslı şübhə əsasında adı çəkilən çağırışçı həbs edilib.
Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaq davam edir.