Təmas xəttində erməni əsgər Qurqen Sarkisyanın yaralanması ilə bağlı insidentin yeni təfərrüatları məlum olub.
Təmas xəttində erməni əsgər Qurqen Sarkisyanın yaralanması ilə bağlı insidentin yeni təfərrüatları məlum olub.
TİA.AZ erməni KİV-inə xəbər verir ki, sıravi əsgər Qurqen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.
Daha öncə yayılan məlumatlarda erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.