Geqarkunik rayonunda Ermənistan Daxili İşlər Nazirliyi Polisinin Patrul Xidmətinin Araqatsotn bölgəsi batalyonunun komandiri Artem Saakyan döyülüb.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, Saakyan ailə üzvləri ilə birlikdə Sevan çimərliklərindən birində istirahət edirdi. Bir qrup şəxsin başqalarına qarşı hörmətsizlik etdiyini görəndə onları sakitləşməyə çağırıb, bundan sonra batalyon komandirini döyüblər.
Saakyan sınıq xəsarəti alıb, o, Sevan MC-yə, daha sonra isə İrəvandakı xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı cinayət işi başlanıb.