Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib

Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.

Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.