Ermənistanda Azərbaycan duzu və çayı QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevan bazarlarında Azərbaycan almaları ilə bağlı yaşanan qalmaqaldan sonra Ermənistanın gömrük xidmətləri gücləndirilmiş iş rejiminə keçiblər. 

Yerevan bazarlarında Azərbaycan almaları ilə bağlı yaşanan qalmaqaldan sonra Ermənistanın gömrük xidmətləri gücləndirilmiş iş rejiminə keçiblər.

Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti bu günlərdə Azərbaycan mənşəli bir sıra malların idxalının qarşısının alındığı barədə xəbər yayıb.

Xəbərdə bildirilir ki, “Bavra” gömrük-keçid məntəqəsinin əməkdaşları Gürcüstandan Ermənistana gəlmiş maşınlarda yarım tondan çox Azərbaycan mənşəli qida duzu və çayı aşkar ediblər.

Müşayiət edənlər bildiriblər ki, bundan xəbərləri olmayıb və məsələ aydınlaşdırılandan sonra onlar maldan imtina ediblər.

Xatırladaq ki, apreldə Ermənistanın Qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət Xidməti Azərbaycan almalarının ölkə bazarlarında reallaşdırılması haqda KİV-də yayılmış informasiyaların yoxlanması üçün genişmiqyaslı araşdırmalar aparmışdı. (virtualaz.org)