Bu gündən Ermənistanın Atom Elektrik Stansiyasının (AES) reaktoru təmirə dayandırılır.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə stansiyanın baş direktoru Movses Vardanyan bildirib.
Onun sözlərinə görə, iyunun 1-dən illik standart təmir kampaniyası proqramı çərçivəsində reaktor və 3 nömrəli turbo aqreqat qismən modernizasiya ilə əlaqədar fəaliyyətini dayandıracaq.
O, bildirib ki, 3 nömrəli turbinin yüksək və aşağı təzyiqli silindirlərinin, 3 nömrəli generatorun, elektrik ötürücüsünün, 3 nömrəli əsas transformatorun və yardımçı sistemin tam təkmilləşdirilməsi planlaşdırılır.
Avqustun 1-dən 4 nömrəli turbo aqreqatın enerji bloku qismən təkmilləşmək üçün nəzərdən keçiriləcək. 3 nömrəli turbo aqreqatın istismara buraxılması onun təkmilləşdirilməsindən sonra, bu ilin 1 dekabrında planlaşdırılır.