Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib

Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.