Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildibackend

Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Silahlı Qüvvələrinə məxsus 100 mm-lik “KS-19” zenit silahı Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə məhv edilib.
Bu barədə “Caliber”in “Telegram” kanalında xəbər verilib.
Məlumata görə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən zərbə bu gün saat 11:52-də qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.