Bütün etdiklərimiz qarşılığında İrəvan 90-cı illərdən bəri itkin hesab edilən 3890 nəfər Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməlidir. Bu qarşılıqlı etimadın yaradılmasına da müsbət təsir edə bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə hərbi ekspetr Ədalət Verdiyev bildirib. O qeyd edib ki, Azərbaycanın erməni əsgəri, əsirinə qarşı indiyə qədər heç bir vəhşiliyi müşahidə olunmayıb:
“Antiterror tədbirlərindən sonra Xankəndidə yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 218 nəfər ölüb, 120 nəfər yaralanmışdı. Ölənlərdən təxminən 50 nəfərin cəsədini Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapıb Ermənistana təhvil vermişdi. Vətən Müharibəsindən sonra isə 1713 nəfər erməni silahlısının cəsədləri və ya cəsəd qalıqları tərəfimizdən təhvil verilib. 32 nəfər də sonuncu dəfə salamat məhbus təhvil vemisik. Ara sıra mina xəritələrinin bizə verilməsinə görə erməni əsirlərin qaytarmışıq. Xəritələrin doğru olmaması da faktdır.
Azərbaycan Ermənistandan fərqli olaraq heç bir zaman əsir, cəsəd və məhbus üzərindən siyasət aparmayıb. Həlak olanın cəsədinə işgəncə verilməsi də əks tərəfə aid vəhşilik əlamətidir.
Bütün etdiklərimiz qarşılığında İrəvan 90-ci illərdən bəri itkin hesab edilən 3890 nəfər Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməlidir. Bu qarşılıqlı etimadın yaradılmasına da müsbət təsir edə bilər.”