Ermənistana cavab zərbəsi haqda… – MN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab atəşinin endirilməsi barədə məlumata münasibət bildirib. 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab atəşinin endirilməsi barədə məlumata münasibət bildirib.

TİA.AZ xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti münaqişə zonasında bölmələrimiz tərəfindən Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı dezinformasiyanı təkzib edib.

“Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”, – məlumatda qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb. Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur. “Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb”.